Prezident millinin baş məşqçisini qovdu - Dünya Çempionatından öncə ŞOK QƏRAR
Bizi izləyin

İdman

Prezident millinin baş məşqçisini qovdu - Dünya Çempionatından öncə ŞOK QƏRAR

Rusiyada keçiriləcək FİFA 2018 Dünya Çempionatından öncə İspaniya Futbol Federasiyasının prezidenti Luiz Rubiales Dünya Çempionatından sonra “Real Madrid”i çalışdıracaq baş məşqçi Xulen Lopeteqi qovub.

Publika.az xarici medaiaya istinadən xəbər verir ki, Lopeteqi Dünya Çempionatı bitdikdən sonra İspaniya millisinin başında olmayacaq.

Aralarında Fernando Hierronun da olduğu bir çox federasiya işçisi prezidenti bu qərarı haqqında düşünməyə təkid etsə də, o, baş məşqçi tərəfindən xəyanətə uğradığını hiss etdiyini deyib.

Luuz Rubiales təşkil etdiyi mətbuat konfransında bunları deyib: “Xulen Lopeteqi ilə olan müqaviləmizə xitam verməyə məcbur olduq. O, əla baş məşqçidir, ancaq bu davranışını qəbul edə bilmərik. Onun “Real” ilə razılşamasından xəbərimiz olmayıb. Futbolçularla danışdım. Yaxşı bir Dünya Çempionatı keçirmək üçün əllərindən gələn hər şeyi edəcəklər. Bu qərar bütün federasiyanın dəstəyini alıb. Əgər biri bizim işçimizlə görüşmək isyətirsə, bizimlə əlaqə saxlamalıdır. Milli komanda bütün ölkə üçündür”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm