Dəqiqləşdi-Falkao mundialda olmayacaq
Bizi izləyin

İdman

Dəqiqləşdi-Falkao mundialda olmayacaq

Dəqiqləşdi-Falkao mundialda olmayacaq

“Monako”nun və və Kolumbiya millisinin hücumçusu Radamel Falkao bu il keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Publika.az xəbər verir ki, buna futbolçunun sol dizində bağların qopması səbəb olub.

Ulduz oyunçunun müalicəsi ilə məşğul olan portuqaliyalı həkim Joze Karlos Norona bildirib ki, Falkao 6-8 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun DÇ-2014-ün final mərhələsindən kənarda qalması deməkdir.

Yaxın günlərdə 27 yaşlı hücumçu dizindən əməliyyat olunacaq. Məsələ ilə əlaqədar artıq “Monako” və Kolumbiya Futbol Federasiyasına məlumat verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Monako”nun Fransa kubokunun 1/16 final mərhələsində “Mont d’Or Azerq” komandasına qarşı görüşdə Falkao ciddi zədə almışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm