Klubların reytinqi açıqlandı - “Qarabağ” və “Qəbələ”...
Bizi izləyin

İdman

Klubların reytinqi açıqlandı - “Qarabağ” və “Qəbələ”...

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Azərbaycan çempionunun hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 526-cı komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə mövqeyini qoruyub.

368 xala malik “Keşlə” 717-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 1 pillə geriləyib. “Qəbələ” 255 xalla 747-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 774-cüsüdü. Bu komandalardan birincisi 1 pillə irəlilədiyi halda, digəri 1 rəqibini özündən irəli buraxıb.

Qeyd edək ki, reytinqin ilk “üçlüy”ündə dəyişiklik olmayıb. İspaniya “Real”ı yenə birincidi. Onlar 16378 xala malikdi. “Barselona” (İspaniya) 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14679 xalla üçüncüdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm