Dünya kubokunun sahibi bu ölkə olacaq - AÇIQLANDI
Bizi izləyin

İdman

Dünya kubokunun sahibi bu ölkə olacaq - AÇIQLANDI

Süni intellekt Rusiyanın ev sahibi olduğu Dünya Kubokunun sahibi ilə bağlı versiyalarını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Unanimous A.I. adlı süni intellekt Almaniyanın qalib olma faizinin daha yüksək olması qənaətinə gəlib.

Dünya kubokunun sahibi ilə bağlı versiyalar səsləndirən proqramlar sirasına daxil olan Unanimous A.İ-yə görə, Almaniyanın qalib olma ehtimalı 20.39 faizdir. İkinci sırada isə 18.95 faizlə Braziliya gəlir. Finala çıxacağı gözlənilən digər iki komanda isə Braziliya və Fransadır.Üçüncü yerdə isə 14.61 faizlə İspaniya durur.

Almaniya dörddə bir finalda İngiltərə, yarımfinalda isə Portuqaliyanı yarışdan kənarlaşdıracaq. Braziliya isə dörddə bir finalda Belçikanı, yarımfinalda Fransanı məğlub edəcək.

Süni intellektin hazırladığı rəyə görə, Braziliya komandası finalda istədiyi hesabı qazanıb kuboka qədər yüksələcək. Almaniya ilə Braziliya arasındakı final oyunu 2:1 hesabı ilə bitəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm