Levandovskinin qiyməti kəllə-çarxa qalxdı - 230 milyon avro
Bizi izləyin

İdman

Levandovskinin qiyməti kəllə-çarxa qalxdı - 230 milyon avro

“Çelsi” yay transfer dönəmində hücum xəttində dəyişiklik etmək niyyətindədir.

Publika.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” Mişi Batşuayi ilə Alvaro Moratanı satmaq istəyir. “Təqaüdçülər”in əsas transfer hədəfi isə “Bavariya”nın hücumçusu Robert Levandovskidi.

Polyak futbolçu özü də karyerasını başqa klubda davam etdirmək istədiyini bir neçə dəfə bildirib. Ancaq “Bavariya” rəhbərliyi onu heyətdə saxlamaq istəyir. Elə ona görə də, Münhen nəhəngi onun satış qiymətini fantastik həddə müəyyənləşdirib. “Bavariya”dan bildiriblər ki, Levandovskiyə görə 230 milyon avrodan aşağı edilən heç bir təkliflə bağlı danışıq aparmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm