Möhtəşəm qol vurdu, “Niva” hədiyyə etdilər - FOTO
Bizi izləyin

İdman

Möhtəşəm qol vurdu, “Niva” hədiyyə etdilər - FOTO

Rusiyada təşkil olunmuş dünya çempionatının ilk turunda Kosta-Rika ilə qarşılaşan Serbiya millisi bu matçdan 1:0 hesablı qələbə ilə ayrıldı.

Bu oyunda cərimə zərbəsindən vurduğu möhtəşəm qolla Serbiya millisinə qələbə qazandıran kapitan Aleksandr Kolarova xüsusi hədiyyə təqdim olunub.

Belə ki, Samara əyalətinin qubernatoru Dmitri Azarov təcrübəli müdafiəçiyə “Lada Niva” avtomobili hədiyyə edib.

“Samaralı azarkeşlərlə məsləhətləşmələrimizdən sonra qərara gəlmişdik ki, dünya çempionatı çərçivəsində “Samara Arena”da vurulacaq ilk qolun müəllifinə hədiyyə verək. Həmin qolu Kolarov vurdu və biz ona “Lada 4х4” modelinin sertifikatını təqdim etdik. O, buna çox sevindi. Komanda yoldaşları da bunu ürəkdən qəbul etdilər”.

Qeyd edək ki, Kolarov Kosta Rika ilə oyundan sonra həm də FİFA tərəfindən matçın ən yaxşısı elan edilib. (Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm