Rusiyadan dünya çempionatında REKORD – Braziliyanı da keçdilər
Bizi izləyin

İdman

Rusiyadan dünya çempionatında REKORD – Braziliyanı da keçdilər

Rusiya 10 il ərzində futbol üzrə dünya çempionatına xərclər üzrə lider olub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, JLL konsaltinq şirkətinin açıqlamasına görə, Rusiya dünya çempionatına hazırlıq çərçivəsində 680 milyard rubldan (11,6 milyard dollar) çox xərcləyib.

Şirkətin hesablamalarına əsasən, pulun çox hissəsi - 437,8 milyard rubl (71 faizi) dövlət büdcəsindən ayrılıb.

JLL-nin məlumatına görə, investisiyaların əsas həcmi idman obyektlərinin tikintisi (265 milyard rubl) və nəqliyyat infrastrukturunun (228 milyard rubl) qurulmasına sərf olunub.

Futbol üzrə dünya çempionatında Rusiya ilə müqayisə edilə bilən xərclər yalnız 2014-cü ildə Braziliyada qeydə alınıb. Cənubi Amerika ölkəsində beynəlxalq idman turnirinə 11,6 milyard dollar xərcləyib. 1998-ci ildə isə Fransa cəmi 2 milyard dollar xərcləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm