İdman
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi - YENİLƏNDİ
Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)
“Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova)
“Şkendiya” (Makedoniya) - TNS (Uels)
“Suduva” (Litva) - APOEL (Kipr)
“Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan)
***
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı "Qarabağ" komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarıdır.
1-ci qrup
Səpələnmişlər: APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Şerif" (Moldova), TNS (Uels), "Videoton" (Macarıstan)
Səpələnməmişlər: "Şkendiya" (Makedoniya), "Düdelanj" (Lüksemburq), "Olimpiya" (Lyublyana, Sloveniya), "Suduva" (Litva), "Torpedo" (Kutaisi, Gürcüstan)
2-ci qrup
Səpələnmişlər: "Ludoqorets" (Razqrad, Bolqarıstan), "Legiya" (Varşava, Polşa), "Malmö" (İsveç), "Rusenborq" (Norveç), HİK (Helsinki, Finlandiya)
Səpələnməmişlər: "Vikinqur" (Farer adaları), "Kruzeyders" (Şimali İrlandiya), ilkin mərhələnin qalibi, "Kork Siti" (İrlandiya), "Valür" (Reykyavik, İslandiya)
3-cü qrup
Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Srvena Zvezda" (Serbiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Kukesi" (Albaniya), "Zrinski" (Bosniya və Herseqovina)
Səpələnməmişlər: "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Spartak" (Yurmala, Latviya), "Flora" (Tallin, Estoniya)
Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü - BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Midtyuland" (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, "Qarabağ" yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq