Dünya Çempionatında ilk qırmızı vərəqə ona çıxdı
Bizi izləyin

İdman

Dünya Çempionatında ilk qırmızı vərəqə ona çıxdı

Rusiyada keçirilən dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.

Publika.az xəbər verir ki, hazırda Yaponiya ilə qarşılaşan Kolumbiya millisinin futbolçusu Karlos Sançes meydandan qovulub.

Görüşün baş hakimi Damir Skomina matçın 3-cü dəqiqəsində qapıya gedən topa əllə toxunan yarımmüdafiəçini qırmızı vərəqə ilə cəzalandırıb və Kolumbiyanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sindzi Kaqava hesabı açıb.

Qeyd edək ki, 32 yaşlı Karlos Sançes 2007-ci ildən Kolumbiya millisində çıxış edir. O, professional karyerası ərzində “Aston Villa”, “Fiorentina”, “Espnayol” kimi komandaların şərəfini qoruyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm