"Real Madrid" "Beşiktaş"ın keçmiş ulduzu ilə müqavilə imzaladı
Bizi izləyin

İdman

"Real Madrid" "Beşiktaş"ın keçmiş ulduzu ilə müqavilə imzaladı

İspaniya nəhəngi “Real Madrid” keçmiş futbolçu Qutini məşqçi heyətinə qatıb.

Publika.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.

Xəbərə görə, Quti futbolçu kimi çıxış etdiyi “Beşiktaş”da baş məşqçi Şenol Güneşin köməkçisi olmaq üçün klubla görüşsə də, tərəflər arasında razılıq əldə olunmayıb. “Kral Klubu” da fürsətdən istifadə edərək Quti ilə 2 illik müqaviləyə imza atıb.

Yeni müqaviləyə əsasən bütün alt qrupların baş məşqçilərinin nəzarəti Qutiyə tapşırılıb.

Qeyd edək ki, hazırda 41 yaşı olan Quti professional futbolçu karyerası ərzində yalnız "Real"da və "Beşiktaş"da forma geyinib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm