• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Rusiyadan tarixi qələbə

  • İdman
  • 20 İyun 2018 00:00
  • 588 Baxış
Rusiyadan tarixi qələbə

Futbol üzrə dünya çempionatında 2-ci tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda Rusiya və Misir yığmaları üz-üzə gəlib. Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşma təşkilatçı ölkə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində Rusiya yığması 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib. İyunun 20-də keçiriləcək A qrupunun digər görüşündə Uruqvay Səudiyyə Ərəbistanına böyük hesabla uduzmasa, təşkilatçı ölkə millisi növbəti mərhələyə yüksələn ilk komanda olacaq. İlk turda Uruqvaya 0:1 hesabı ilə uduzan Misir isə xalsızdır və 1/8 finala çıxmaq üçün ilk növbədə, Səudiyyə Ərəbistanının Uruqvayı udmasına ümid etməlidir. Bu isə demək olar ki, mümkünsüzdür.

DÇ-2018, A qrupu, II tur

22:00. Rusiya - Misir - 3:1

Qollar: Ahmed Fəthi, 47 (avtoqol). Denis Çerışev, 59. Artyom Dzyuba, 62 - Məhəmməd Salah, 73 (pen.)

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR