UEFA-dan "Qarabağ"la bağlı MÜHÜM QƏRAR
Bizi izləyin

İdman

UEFA-dan "Qarabağ"la bağlı MÜHÜM QƏRAR

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” və “Olimpiya” (Sloveniya) arasında keçiriləcək oyunların vaxtını dəyişdirib.

Publika.az
xəbər verir ki, dəyişikliyə əsasən, Sloveniyanın paytaxtı Lyüblyanada keçiriləcək ilk görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 11-də deyil, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçı da öncə nəzərdə tutulduğundan bir gün tez, yəni iyulun 17-də baş tutacaq.

UEFA tarix dəyişikliyinə səbəb olaraq Sloveniya klublarının Avroliqa oyunlarının üst-üstə düşmə ehtimalını göstərib və ÇL-in bəzi oyunlarının tarixində dəyişiklik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm