• USD 1,7000 0,00% EUR 2,0214 -0,11%
    • GBP 2,3279 -0,29% RUB 0,0219 -0,91%

"Neftçi" legionerlərini qapıdan qovdu

"Neftçi" legionerlərini qapıdan qovdu

"Neftçi" klubu legionerləri Mayk Kampaz və Lukas Qomesin müqavilələrinə xitam verilməsindən ötrü danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Rüstəm Allahverdiyev bildirib.

O, qeyd edib ki, adı çəkilən futbolçular gələn mövsüm üçün komandada nəzərdə tutulmayıblar və onların menecerlərinə bu barədə ətraflı məlumat verilib. Həmçinin, mövsüm başa çatandan bəri legionerlərin komandadan ayrılması ilə bağlı danışıqlar aparılır. Mətbuat katibi qeyd edib ki, futbolçularla dəfələrlə bu barədə razılığa gəliblər. Lakin sonradan razılıq pozulub.

Qeyd edək ki, “Neftçi” sözügedən futbolçularla müqaviləyə xitam vermək, hətta təzminat ödəyərək göndərmək istəsə də, futbolçular buna razı olmayıblar. Bu gün komandanın təlim-məşqlərinə qatılmaq istəyən futbolçular bazanın qapısından içəri buraxılmayıblar.

Xatırladaq ki, Mayk Kampaz və Lukas Qomes qış fasiləsində transfer olunublar. Onlarla 1 illik müqavilə bağlanılıb. Müqavilə müddəti bu ilin 24 dekabrında başa çatacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR