"Neftçi" Makedoniya klubunu məğlub etdi
Bizi izləyin

İdman

"Neftçi" Makedoniya klubunu məğlub etdi

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışının ikinci mərhələsinə başlayan "Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirib.

Publika.az xəbər verir ki, rəqib Makedoniya "Şkupi"si olub.

Boludakı "Topuk Yaylası Resort and Sport” otelinin meydanında oynanılan qarşılaşma flaqmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 62-ci dəqiqədə Namik Ələskərov açıb. 86-cı dəqiqədə isə Mirabdula Abbasov yekun nəticəni müəyyənləşdirib.

"Şkupi” bu il avrokuboklarda debüt edəcək. "Qarabağ"ın sabiq futbolçusu Zakariya Ramadaninin hazırda baş məşqçi kimi çalışdığı kollektiv Avropa Liqasının I təsnifat mərhələsində Şotlandiya "Reyncers”i ilə üz-üzə gələcək.

Türkiyədə təlim-məşq toplanışı zamanı "Neftçi” daha 3 yoxlama görüşündə gücünü sınayacaq. İyunun 28-də rəqib Rumıniyanın "Dunarya Kalaraşı”, iyulun 5-də "Politexnika” olacaq. Daha bir rəqibin adı yaxın günlərdə açıqlanacaq.

Yoxlama oyunu

18:00. "Neftçi" - "Şkupi" - 2:0

Qollar: Namik Ələskərov, 62. Mirabdulla Abbasov, 86

Bolu (Türkiyə), Topuk Yaylası

Oxumağa davam et
Reklam
Reklam

Gündəm