DÇ-2018: Fransa Danimarkaya, Avstraliya Peruya qarşı - YENİLƏNİR
Bizi izləyin

İdman

DÇ-2018: Fransa Danimarkaya, Avstraliya Peruya qarşı - YENİLƏNİR

DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Bakı vaxtı ilə saa 18:00-da baş tutacaq Danimarka-Fransa matçının da start heyətlər açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Danimarka: Şmeyhel, Kristensen, Kyer, Larsen, Yorqensen, Eriksen, Dileyni, Sisto, Dalsqor, Breytueyt, Kornelius.

Fransa: Mandanda, Varan, Sidibe, Lyuk Ernandes, Kimpembe, Nzonzi, Kant, Lemar, Dembele, Qrizmann, Jiru

***

DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Bakı vaxtı ilə saat 18:00-da başayacaq Avstraliya-Peru matçının start heyətlər açıqlanıb.

Publika.az-ınxəbərinə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Avstraliya: Rayan, Seynsberi, Behiç, Risdon, Milliqan, Lekki, Yedinak, Muy, Roqiç, Kruz, Yuriç.

Peru: Qalese, Ramos, Trauko, Advinkula, Santamariya, Kueva, Yotun, Flores, Tapiya, Karrilo, Qerrero

***

Bu gün DÇ-2018-in daha iki qrupun oyunlarına yekun vurulacaq.

Publika.az-ın xəbərinə görə, keçirləcək dörd oyunla 1/8 finalın növbəti iki iştirakçısı müəyyənləşəcək. D qrupunda pley-offa vəsiqəni təmiş etmiş Fransa Danimarka ilə qarşılaşacaq.

Skandinaviyalılara qrupdan çıxmaq üçün bir xal da bəs edir. Məğlubiyyəti isə komandanın işini çətinə sala bilər.

Qrupun eyni saatda başlayacaq digər oyununda isə Avstraliya və Peru milliləri üz-üzə gələcək. Avstrailiyanın qələbə sayəsində 2-ci yerlə pley-offa çıxmaq şansı var. Autsayder perulular üçün bu görüş formal xarakter daşıyır.

Əsas diqqətlər D qrupuna yönələcək. Burada Nigeriya Argentina, İslandya isə Xorvatiya ilə qarşılaşacaq. Xorvatlar pley-offa yüksəldyindən bu görüş İslandiya üçün daha əhəmiyyətli olacaq. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. Eləcə də Messinin kapitan olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli və islandların Xorvatiya ilə oyunda xal itirməsinə ümid etməlidir.

C qrupu

18:00. Danimarka - Fransa
Baş hakim:
Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki" stadionu

18:00. Avstraliya - Peru
Baş hakim
: Sergey Karasyov (Rusiya)
Soçi, "Fişt" stadionu

1. Fransa 2 2 0 0 3-1 6

2. Danimarka 2 1 1 0 2-1 4

3. Avstraliya 2 0 1 1 2-3 1

4. Peru 2 0 0 2 0-2 0

D qrupu

22:00. Nigeriya - Argentina
Baş hakim
: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. İslandiya - Xorvatiya
Baş hakim
: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"

1.

Xorvatiya

2

2

0

0

5:0

6

2.

Nigeriya

2

1

0

1

2:2

3

3.

İslandiya

2

0

1

1

1:3

1

4.

Argentina

2

0

1

1

1:4

1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm