İdman
“Qarabağ qaziləri” Tbilisidə meydana çıxdı - - FOTOLAR
Tbilisidə “Qarabağ qaziləri” amputant futbol komandası ilə Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət “Tbilisi” komandası arasında yoldaşlıq oyunu keçirilib.
Publika.az xəbər verir ki, oyun Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Qarşılaşma Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Görüşün birinci hissəsi 5:0 hesabı ilə "Tbilisi" komandasının, ikinci hissəsi isə 3:1 "Qarabağ qaziləri"nin xeyrinə nəticələnib. Beləliklə, matç "Tbilisi" komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin, hər iki ölkənin futbol federasiyalarının, Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin nümayəndələri də olub.
Qeyd edək ki, “Qarabağ qaziləri” futbol klubu bu ilin aprelində yaradılıb. Bu ilin mayında “Qarabağ qaziləri” Bakıda keçirilmiş yoldaşlıq yarışında 3:2 hesabı ilə “Tbilisi” komandasına qalib gəlib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!