Ramil Şeydayev geri qayıtdı - - FOTO/VİDEO
Bizi izləyin

İdman

Ramil Şeydayev geri qayıtdı - - FOTO/VİDEO

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev müqavilə üzrə məxsus olduğu Türkiyənin "Trabzonspor" klubuna qayıdıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Trabzonspor”un 2018-2019 mövsümü üçün ilk məşqində iştirak edib.

Mehmet Ali Yılmaz bazasında təşkil olunmuş məşq mətbuat və azarkeşlər üçün açıq olub. Təlim-məşqdə 20 futbolçu iştirak edib.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm