Qələbədən sonra Maradonanın səhhəti pisləşdi? - Jurnalistlərdən ricası var - - FOTO/VİDEO
Bizi izləyin

İdman

Qələbədən sonra Maradonanın səhhəti pisləşdi? - Jurnalistlərdən ricası var - - FOTO/VİDEO

Futbolun əfsanəsi Dieqo Maradonanın Nigeriya-Argentina matçından sonra Sankt-Peterburqda xəstəxanaya yerləşdirilməsi xəbəri reallığı əks etdirmir.

Publika.az xəbər verir ki, bu barədə Argentinanın “La Naicon” qəzeti məlumat yayıb.

“Avronyus” nəşrinin məlumatına görə, “La Naicon”un müxbiri Maradona ilə əlaqə saxlayıb və onun səhhəti ilə maraqlanıb. Maradona isə sağlamlığı ilə bağlı hər şeyin yaxşı olduğunu bildirib. Futbol əfsanəsi qeyd edib ki, mətbuatda yayılan xəbərlər doğru deyil. Maradona, həmçinin, qeyd edib ki, belə yalan şayiələr onun bacısına pis təsir edir və səhhətində problemlərə yol açır. O, jurnalistlərdən xahiş edib ki, belə xəbərlər yazmasınlar.

Qeyd edək ki, ötən gün Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Argentina milli komandası minimum fərqlə Nigeriyanı məğlub edib. İlk qolun müəllifi Lionel Messi olub. İkinci yarının başlanğıcında, nigeriyalılar penalti sayəsində hesabda bərabərlik yaradıb. Bu hesab matçın son dəqiqələrinə qədər dəyişməyib. Əgər bərabərlik qorunsaydı, argentinalılar qrup mərhələsindən sonra evlərinə gedəcəkdilər. Lakin 87-ci dəqiqədə Markos Roxo ikinci qola imza atıb və Argentina 1/8 finala vəsiqə qazanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm