Almaniya millisinin baş məşqçisi yenə pis vərdişləri ilə gündəm oldu - - FOTO
Bizi izləyin

İdman

Almaniya millisinin baş məşqçisi yenə pis vərdişləri ilə gündəm oldu - - FOTO

Daha öncə tez-tez pis vərdişləri ilə gündəm olan Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Dünya Çempionatında da ənənəsinə sadiq qalıb.

Publika.az xəbər verir ki, 2014 Dünya çempionu ünvanını qorumaq üçün Rusiyada bütün potensialını ortaya qoyan millinin baş məşqçisi yenə burnunu təmizləyərkən kameralara tuş gəlib.

Baş məşqçi bununla da kifayətlənməyərək burnunu təmizlədikdən sonra barmaqlarını ağzına aparıb.

Hərəkəti ilə bağlı daha öncə də açıqlama verən təcrübəli referi o an bütün diqqətini matça verdiyi üçün nə etdiyinin fərqində olmadığını demişdi. O, vərdişlərinə dair bir tədbir görəcəyini də bildirmişdi. Lakin aradan 4 il keçməsinə rəğmən, Löv eyni vərdişlərini həyata keçirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm