"Neftçi”də yeni müqavilə
Bizi izləyin

İdman

"Neftçi”də yeni müqavilə

"Neftçi” klubu futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019-cu illər mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.

Yeni müqaviləyə görə, Hacıyev 2019/2020 –ci illər mövsümünün sonunadək ağ-qara formanı geyinəcək.

Azərbaycan millisinin də üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb.

Bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yenilənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm