DÇ-2018: Qrup oyunları başa çatdı (YENİLƏNDİ)
Bizi izləyin

İdman

DÇ-2018: Qrup oyunları başa çatdı (YENİLƏNDİ)

Bu gün keçirilən 4 qarşılaşma ilə futbol üzrə DÇ-2018-in qrup mərhələsinə yekun vurulub.

Günün son qarşılaşmaları İngiltərə və Belçika, eləcə də Tunis və Panama arasında baş tutub.

Belçika yığması İngiltərə üzərində 1:0 hesablı qələbə qazanaraq qrupda 9 xalla birinci yeri tutub. İngiltərə qrupu ikinci yerdə başa vurub. İndi turnirin 1/8 finalında belçikalılar Yaponiya, ingilislər isə Kolumbiya ilə qarşılaşacaqlar.

Paralel keçən qarşılaşmada Tunis 2:1 hesabı ilə Panamanı məğlub edib. Nəticədə Tunis 3 xalla qrupda 3-cü, çempionatın debütantı Panama isə 0 xalla sonuncu olub.

DÇ-2018 – final mərhələsi. G Qrupu. 3-cü tur

İngiltərə – Belçika – 0:1

Qol: 0:1 – Yanuzay – 51

Panama – Tunis - 1:2

Qollar: 1:0 – Meriya – 33 (avtoqol), 1:1 – Ben Yussef – 51, 1:2 – Hazri – 66

***

Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

Publika.az xəbər verir ki, qrup mərhələsinin son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi 4 xala malik olsa da, Yaponiya əlavə göstəricilərə görə növbəti mərhələyə vəsiqə qazanıb.

DÇ-2018, 28 iyun, III tur

H qrupu

18:00. Yaponiya - Polşa 0:1

Qol: Yan Bednarek, 59

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Sivela (CAR), Rikardo Montero (Kosta Rika)

Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya 0:1

Qol: Yerri Mina, 74

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Bamlak Tessema Veyesa (Efiopiya)

Samara, "Samara Arena"

***

DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Bakı vaxtı ilə 18:00-da başlayacaq Seneqal-Kolumbiya matçının start heyətlər açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Seneqal: Ndiaye, Kolibali, Qana, Sane, Kuyate, Mane, Sabali, İsmaili, Nyanq, Balde, Qassama

Kolumbiya: Ospina, Arias, K. Sançes, Falkao, Hames Rodriges, Kuadrado, Mina, Uribe, Moyika, Kintero, D. Sançes

***

DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda keçiriləcək Yaponiya-Polşa oyunu üçün start heyətlər açıqlanıb.

Publika.az-ın xəbərinə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:

Yaponiya: Kavaşima, Naqatomo, Şibasaki, Okazaki, Usami, Muto, Yamaquçi, H. Sakai, Makino, G. Sakai, Yoşida

Polşa: Fabianski, Yendjeyçik, Bednarek, Qoralski, Levandovski, Krikovyak, Qrositski, Qlik, Berezinski, Jelinski, Kurjava

H qrupu

18:00. Yaponiya - Polşa - 0:0 (Fasilə)
Baş hakim
: Canni Sikazu (Zambiya)
Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya - 0:0 (Fasilə)
Baş hakim
: Milorad Majiç (Serbiya)
Samara, "Samara Arena"

***

Bu gün Dünya Çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, son turda 4 oyun keçiriləcək. Bununla da 1/8 final mərhələsinin son 2 cütünə aydınlıq gətiriliəcək.

H qrupunda mübarizə aparan Yaponiya və Polşa üz-üzə gələcək. Adam Navalkanın rəhbərlik etdiyi Polşa millisinin pley-off şansı olmasa da, onların rəqibi qrup liderliyini qorumağa və 1/8 finala adlamağa çalışacaq. Mərhələni keçmək üçün Asiya təmsilçisinə bir xal da kifayət edir.

Qrupun digər görüşündə isə Seneqal və Kolumbiya milliləri qarşılaşacaq. Afrikalılar 4 xalla qrupda 2-ci, cənubi amerikalılar isə 3 xalla 3-cüdür. Seneqala bu oyunda qrupdan çıxmaq üçün heç-heçə də sərf edirsə, Kolumbiya mütləq qalib gəlməlidir.

G qrupunda isə artıq 1/8 finala vəsiqəni təmin etmiş İngiltərə və Belçika milliləri qrup liderliyi uğrunda mübarizə aparaq.

Digər oyunda isə Tunis və Panama yığmaları turnirdə ilk xalını qazanmağa çalışacaq.

DÇ-2018

28 iyun

III tur

H qrupu

18:00. Yaponiya - Polşa (TRT1, Matç TV)

Baş hakim: Canni Sikazu (Zambiya)

Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya (İdman Azərbaycan, İctimai TV, TRT Spor, Matç TV)

Baş hakim: Milorad Maziç (Serbiya)

Samara, "Samara Arena"

1 Yaponiya 2 1 1 0 4 3 1 4
2 Seneqal 2 1 1 0 4 3 1 4
3 Kolumbiya 2 1 0 1 4 2 2 3
4 Polşa 2 0 0 2 1 5 -4 0

G qrupu

22:00. İngiltərə - Belçika (İdman Azərbaycan, İctimai TV, TRT1, Matç TV )

Baş hakim: Damir Skomina (Sloveniya)

Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis (TRT Spor, Matç TV)

Baş hakim: Navaf Şukralla

Saransk, "Mordoviya Arena"

1 Belçika 2 2 0 0 8 2 6 6
2 İngiltərə 2 2 0 0 8 2 6 6
3 Tunis 2 0 0 2 3 7 -4 0
4 Panama 2 0 0 2 1 9 -8 0
Oxumağa davam et
Reklam
Reklam

Gündəm