"Çelsi" transfer bombasını partlatdı: Fabreqas...
Bizi izləyin

İdman

"Çelsi" transfer bombasını partlatdı: Fabreqas...

"Çelsi" transfer bambasını partladıb. London klubu "Barselona"nın ulduzu Kesk Fabreqası heyətinə qatıb.

"Çelsi" transfer bambasını partladıb. London klubu "Barselona"nın ulduzu Kesk Fabreqası heyətinə qatıb.

Bu barədə "Çelsi"nin rəsmi saytı məlumat yayıb. 27 yaşlı ispan yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlayıb. Fabreqas "Çelsi"də 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Fabreqas 2003-cü ildə - 16 yaşında "Arsenal"a keçib. 2003-2011-ci illərdə Premyer Liqada top qovan Kesk "Barselona"ya qayıtmışdı. İspaniya yığmasında 89 oyun keçirən 27 yaşlı futbolçu 13 qola imza atıb.

Fabreqas "Arsenal"la İngiltərə Federasiya Kubokunu (2005) və Superkubokunu (2004) qazanıb, Çempionlar Liqasının (2006), Premyer Liqanın (2004/05) və Liqa Kubokunun (2007, 2011) gümüş medallarını qazanıb. "Barelona" ilə isə La Liqanın (2012/13), "Kral Kuboku"nun (2012), İspaniya Superkubokunun (2011, 2013), UEFA Superkubokunun (2011) və klublarası dünya çempionatının qalibi olub. 2010-cu ildə İspaniya yığmasının heyətində dünya çempionu adını qazananr Fabreqas 2008 və 2012-ci illərdə Avropa çempionatının qızıl medalına sahib çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm