İdman
Millimiz olimpiadadan kənarda qalacaq?
Ağır atletika üzrə Azərbaycan millisinin 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından kənarda qalmaq ehtimalı ilə bağlı xəbərə Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) mövqe bildirib.
Federasiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumatda qeyd edilib ki, baş vermiş neqativ hallar yığmamızın dörd illiyin ən böyük idman oyunlarından kənarda qalmasına təsir etməyəcək.
Belə ki, üç və daha çox idmançının dopinq testinin müsbət nəticə verməsi səbəbindən federasiyaların Olimpiya Oyunlarında iştirakdan uzaqlaşdırılması yalnız Tokio Olimpiya Oyunlarının təsnifat mərhələsinə aiddir. O mərhələ isə 2018-ci ilin noyabr ayının 1-dən 2020-ci il aprel ayının 30-na qədər olan müddəti əhatə edir. Yəni həmin müddətdə qeydə alınacaq mümkün dopinq hadisələrinə uyğun bu cür ağır cəzaların verilməsi mümkündür. Son bir il ərzində baş verən hadisələrin isə olimpiadada iştiraka aidiyyatı yoxdur.
Qeyd edək ki, mətbuatda yığmamızın olimpiadadan kənarda qala biləcəyi ilə bağlı xəbərlər yayılıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK