İdman
DÇ-2018: Rusiya və Xorvatiya 1/4 finalda - YENİLƏNİR
Rusiyada keçirilən dünya çempionatında pley-off həyəcanı davam edir.
Publika.az xəbər verir ki, bu gün daha iki 1/4 finalçının adına aydınlıq gəlib.
İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların işi heç də asan olmayacaqdı. Ruslar doğma meydan və azarkeş amilindən yararlanmağa çalışacaqdı. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunmuş 30 dəqiqədə də hesab dəyişməyib. Bu üzdən qalibi penaltilərlə müəyyənləşdirməyə ehtiyac duyulub. Bu seriyada daha uğurlu olan ruslar gözlənilməz də olsa, ispanları mübarizədən kənarlaşdıraraq, 1/4 finala yüksəliblər.
Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılıb. Qrupda maksimum nəticə əldə edən xorvatlar turnirin favoritlərindən sayılırdı. Amma danimarkalıların da asan təslim olmayacağı bəlli idi. Bu görüşdə də əsas vaxt 1:1 bitib. Əlavə vaxtda xorvatlar önə keçmək üçün əla şans qazansalar da, Luka Modriç penaltidən yararlana bilməyib. Belədə, günün ikinci matçında da qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan xorvatlar 1/4 finala yüksələrək Rusiyaya rəqib olublar.
DÇ-2018. 1/8 final mərhələsi
1 iyul
İspaniya - Rusiya 1:1 (penaltilər 3:4)
Qol: Sergey İqnaşeviç, 12-avtoqol - Artyom
Dzyuba, 41-pen.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. “Lujniki” stadionu
İspaniya: 1. David De Xea, 3. Jerar Pike, 4.
Naço 5. Serxio Buskets, 8. Koke, 15. Serxio Ramos (k), 18. Xordi
Alba, 19. Dieqo Kosta, 20. Marko Asensio, 21. David Silva, 22.
İsko.
Ehtiyat oyunçular: 2. Dani Karvahal, 6. Andres
İnyesta, 7. Saul, 9. Rodriqo, 10. Tyaqo Alkantara, 11. Lukas
Vaskes, 12. Alvaro Odriozola, 13. Kepa Arrizabalaqa, 14. Sezar
Aspilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 23. Pepe Reyna.
Baş məşqçi: Fernando Yerro.
Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes,
3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 7. Daler Kuzyayev, 11. Roman
Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin, 18. Yuri
Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba.
Ehtiyat oyunçular: 5. Andrey Semyonov, 6. Denis
Çerışev, 8. Yuri Qazinski, 9. Alan Dzaqoyev, 10. Fyodr Smolov, 12.
Andrey Lunyov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton
Mirançuk, 20. Vladimir Qabulov, 21. Aleksandr Yeroxin.
Baş məşqçi: Stanislav Çerçesov.
Xorvatiya - Danimarka 1:1 (penaltilər 3:2)
Qol: Mario Mandzukiç, 4 - Matias Yorgensen,
2.
Matçın 116-cı dəqiqəsində Luka Modriç penaltidən yararlana
bilməyib (qapıçı).
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion
Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime
Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan
Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario
Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran
Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç,
13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan
Badel, 20. Marko Pyaça, 22. Yosip Pivarik.
Baş məşqçi: Zlatko Daliç.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k),
5. Yonas Knudsen, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 10.
Kristian Eriksen, 11. Martin Breytveyt, 13. Matias Yorgensen, 14.
Henrik Dalsqaard, 20. Yussuf Poulsen, 21. Andreas Kornelius.
Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik
Vesterqaard, 7. Villiam Kvist, 9. Nikolay Yorgensen, 12. Kasper
Dolberq, 15. Viktor Fişer, 16. Yonas Lossl, 17. Yens Larsen, 18.
Lukas Lerager, 19. Lasse Şöne, 22. Frederik Ronnou.
Baş məşqçi: Aqe Hareyde.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var