Fəridə Əzizovanın əzəli rəqibi taekvondodan ayrılır – Səbəb
Bizi izləyin

İdman

Fəridə Əzizovanın əzəli rəqibi taekvondodan ayrılır – Səbəb

Tanınmış türkiyəli taekvondoçu Nur Tatar idmandan ayrıldığını açıqlayıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, dünya çempionu olan Türkiyə millisinin üzvü Nur Tatar Əskəri bu barədə sosial şəbəkədə məlumat yayıb.

25 yaşlı taekvondoçu bu günədək bir çox problemlə qarşılaşdığını qeyd edib: “Yıxıldıq, qalxdıq, böyüdük amma kiçildik. İnanıram ki, əlimdən gələni artıqlaması ilə etmişəm. Ümid edirəm ki, Türkiyəyə taekvondonu həm tanıdıb, həm də sevdirmişəm. Yaşadığım problemlərə görə taekvondo həyatımı başa çatdırdım. Məni xəyallarım və hədəflərimdən ayıranlara ahım var, bilsinlər ki, məzlumun ahı ahəstə-ahəstə çıxar”.

Qeyd edək ki, Nur Tatar Azərbaycan taekvondo pərəstişkarları üçün tanınmış isimdir. O, Bakıda baş tutan I Avropa Oyunları, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün Azərbaycanda olub.

67 kq çəki dərəcəsində mübarizə aparan Nur Tatar ilk Avropa Oyunlarında bürünc, IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan təmsilçisi Fəridə Əzizovaya qalib gələrək qızıl medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm