"Qarabağ" braziliyalı futbolçu alır - 300 minlik təklif
Bizi izləyin

İdman

"Qarabağ" braziliyalı futbolçu alır - 300 minlik təklif

İtaliyanın “Verona” klubunun qapıçısı Nikolya Andradeninin agenti Joao Santos onlarla “Qarabağ”ın danışıqlar apardığını təsdiqləyib.

Publika.az xəbər verir ki, o, Ağdam klubunun futbolçuya illik 300 min avro təklif etdiyini söyləyib.

“Bəli, mən danışıqlar aparıldığını təsdiqləyirəm. Amma indidən hər şeyin müsbət yekunlaşacağını deyə bilmərəm. “Verona” transfer üçün qapıçıya ödəniləcək pulun 50 faizini də özü istəyir. Amma “Qarabağ” bu pulu verməkdə maraqlı görünmür”.

Qeyd edək ki, braziliyalı Nikolya Andradeninin klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm