• USD 1,7000 0,00% EUR 1,8883 +0,22%
    • GBP 2,2364 +0,31% RUB 0,0267 +0,37%

Dünya Çempionatında biabırçılıq: Rus kişilər qadınları təhdid edir, parlament dəstək verir

  • İdman
  • 1 İyul 2018 20:15
  • 723 Baxış
Dünya Çempionatında biabırçılıq: Rus kişilər qadınları təhdid edir, parlament dəstək verir

Dünya Çempionatını izləməyə gələn xarici vətəndaşlarla foto çəkdirən rusiyalı qadınlar ölümlə təhdid edilir.

Publika.az xəbər verir ki, ölkənin radikal sağçı qrupları xarici kişilərlə foto çəkdirən qadınları ölümlə hədələyir.

Təhdidlərin təməli isə pis zarafatdan başlayıb. Bir qrup braziliyalı azarkeş rus qadınlardan portuqal dilində açıq-saçıq sözlər söyləmələrini istəyib. Portuqalca bilmədikləri üçün nə dediklərini anlamayan rusiyalı qadınlar da onların pusqusuna düşüb.

Bunu həzm edə bilməyən radikal sağçılar qadınları fiziki şiddət və ölümlə hədələyib. Qadınlara şəxsi instaqram və Vkontakt hesablarından yazan təhdidçilər daha sonra bu mesajları sosial platformada paylaşır.

Rusiyalı kişilər bu hərəkəti özlərinə qarşı təhqir hesab edir.

Rusiya Parlamentindən də kişilərə dəstək gəlib. Millət vəkili Tamara Pletneva ölkəsindəki qadınlara xəbərdarlıq edib. O bildirib ki, rus qadınlar rus kişilərdən hamilə qalmalıdır.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR