Messi millini tərk etdi, Ronaldo isə karyerasına son qoyur - Dünya Çempionatı onları yıxdı
Bizi izləyin

İdman

Messi millini tərk etdi, Ronaldo isə karyerasına son qoyur - Dünya Çempionatı onları yıxdı

Argentina millisinin hücumçusu Lionel Messi bu gün milli komandasının Dünya Çempionatı zamanı yerləşdiyi düşərgəsini təkbaşına tərk edib.

Publika.az xəbər verir ki, ulduz futbolçu bu gün düşərgədən ayrılıb. Komandanın bir qrup digər futbolçusunun isə iyulun 2-dn 3-nə keçən gecə birgə çarter reysi ilə Moskvadan Buenos-Ayresə yola düşəcəyi bildirilir.

Xatırladaq ki, Argentina millisi DÇ-2018-in 1/8 finalında dünən Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Messi ilə yanaşı, Portuqaliyanın aparıcı oyunçusu Kriştiano Ronaldonun da millisində vəziyyətinin yaxşı olmadığı bildirilir.

Publika.az xəbər verir ki, onun millidən ayrılacağı gözlənilir.

Səbəb olaraq isə Portuqaliyanın DÇ-2018-in 1/8 finalında Uruqvaya uduzaraq (1:2) mübarizəni erkən dayandırmasını göstərib. 33 yaşlı futbolçu hələlik bununla bağlı qəti fikir söyləməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm