Yaponiyanı 1/8 finala daşıyan "sarı kart" qərarı haqqında AÇIQLAMA
Bizi izləyin

İdman

Yaponiyanı 1/8 finala daşıyan "sarı kart" qərarı haqqında AÇIQLAMA

Dünya Çempionatı qrup mərhələsində H qrupunda mübarizə aparan Seneqal Yaponiya ilə eyni xala sahib olmasına rəğmən, FİFA-nın Ədalətli Oyun Qaydaları (Fair Play) səbəbilə qrupdan çıxa bilməmişdi. Sarı kartların sayına görə Yaponiyadan (4) geri qalan Seneqalın (6) mundialı tərk etmiş və DÇ tarixində ilk dəfə tətbiq edilən bu qərar mübahisələrə səbəb olmuşdu.

Publika.az xəbər verir ki, mübahisələrə son qoymağa çalışan FİFA-nın Təşkilat direktoru Kolin Smit ilk dəfə turnirdə tətbiq edilən qaydanın hazırda dəyişməsinin mümkün olmadığını bildirib.

FİFA təmsilçisi qeyd edib ki, bu qərara mundiala yekun vurulduqdan sonra baxılacaq.

Qeyd edək ki, Seneqal 4 xalla qrupda qalaraq mundialı tərk edib. Yaponiya isə bu gün 1/4 final uğrunda Belçika ilə qarşılaşacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm