Baş məşqçi Neymarı TƏHQİR ETDİ: "Futbol kişilərin işidir, təlxəklərin..."
Bizi izləyin

İdman

Baş məşqçi Neymarı TƏHQİR ETDİ: "Futbol kişilərin işidir, təlxəklərin..."

Dünya Çempionatı 1/8 final mərhələsində Braziliya ilə qarşılaşam Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio Neymarın zədələnmə səhnəsindəki davranışlarına görə onu təhqir edib.

Publika.az xəbər verir ki, baş məşqçi Neymarın ünvanına “Futbol kişilərin oyunudur, təlxəklərin deyil” sözlərini deyib.

Neymarın matçda tez-tez özünü yerə atdığını deyən baş məşqçi baş hakimin də Braziliya millisinin xeyrinə qərarlar verdiyini bildirib: “Onun üzündən matç bu qədər uzandı. Futbol adına utancvericidir. Hakim bu olaya heç nə demədi. Futbolçularım da bu durumdan təsirləndi. Futbol kişilərin oyunudur, təlxəklərin deyil”.

Qeyd edək ki, braziliya Dünya Çempionatının 1/8 finalında Meksikanı 2:0 hesabı ilə məğlub edərək 1\4 finala adlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm