Argentina ilə oyundan öncə millinin kapitanının atası qaçırıldı - ŞOK
Bizi izləyin

İdman

Argentina ilə oyundan öncə millinin kapitanının atası qaçırıldı - ŞOK

Nigeriya millisinin kapitanı Con Obi Mikel ESPN nəşrinə şok açıqlama verib.

Publika.az xəbər verir ki, millinin kapitanı Dünya Çempionatında Argentina ilə qarşılaşmadan öncə atasının qaçırıldığını və qarşılığında 28 000 dollar tələb edildiyini bildirib.

Futbolçu bildirib ki, qrup mərhələsindən adlamaq üçün həayti önəm daşıyan Aregntina-Nigeriya matçından 4 saat öncə telefonla ona xəbərdarlıq edilib. Oğrular kapitanın atasının qaçırdıqlarını və qarşılığında 28 000 dollar istədiklərini bildirib. Durumdan kiminsə xəbərdar olması halında isə atasını öldürəcəkləri ilə hədələyiblər.

Obi Mikel bu haqda Nigeriya Futbol Federasiyası və texniki direktora heç bir şey söyləməyib və Lionel Messiyə qarşı oyuna heç bir şey olmamış kimi çıxmaq istədiyini deyib: “Beynim dumanlanmışdı. Nə edəcəyimi bilmirdim. 180 milyonluq Nigeriya xalqını kədərləndirə bilməzdim. Bu durumu beynimdən çıxarmalı və öncə ölkəmi təmsil etmək üçün meydana çıxmalı idim. Durumdan baş məşqçiyə belə bəhs etmədim. Onunla bu haqda danışmağı çox istədim, amma edə bilmədim”.

Qeyd edək ki, Nigeriya – Argentina matçı 1:2 hesabı ilə başa çatmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm