Messinin penaltisini qaytaran qapıçı "Qarabağ"a gəlir - Komandamız transferi BELƏ AÇIQLADI
Bizi izləyin

İdman

Messinin penaltisini qaytaran qapıçı "Qarabağ"a gəlir - Komandamız transferi BELƏ AÇIQLADI

“Qarabağ” klubunun rəsmi feysbuk hesabından maraqlı paylaşım edilib.

Publika.az xəbər verir ki, yeni transferini maraqlı və sirli şəkildə təqdim etməyə çalışan klub futbolçunun kimliyini anlatmaq üçün 4 fotodan ibarət kollaj paylaşıb.

Kollajda vulkan, Lionel Messi, videoçəkilişin kadrarxası və Dünya Çempionatının rəmzi olan top fotosu yer alıb. Parçaları birləşdirsək, “Qarabağ” “Vulkanlar diyarı” kimi tanınan İslandiyanın Dünya Çempionatında Lionel Messinin penalti vuruşunu dəf edən rejissor Hannes Halldorssonu transfer edəcəyini mesaj verib.

Qeyd edək ki, 34 yaşlı qolkiper Argentina ilə oyunda Lionel Messinin penaltisini qaytarmış və bütün dünyanın diqqətini çəkmişdi. O, həm də ölkəsində sənədli film, klip və reklam rejissoru kimi tanınır. Halldorsson sonuncu dəfə “Koka-kola”nın Dünya Çempionatı üçün hazırladığı reklamın rejissoru olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm