.jpg)
İslandiya mətbuatı “Qarabağ”ın transferindən yazıb.
Publika.az xəbər verir ki, “frettabladid.is” nəşri İslandiya millisinin qapıçısı Hannes Halldorssonun artıq tibbi yoxlamışdan keçdiyini və Avstriyada təlim-məşq düşərgəsinə qatıldığını bildirib.
Qeyd edək ki, “Qarabağ” bu gün heyətinə qatdığı yeni transfer ilə bağlı üstüörtülü paylaşım etmişdi.
Hannes Halldorsson 2011-ci ildən İslandiya millisinin şərəfini qoruyur. Hazırda Danimarkanın “Randers” klubunda forma geyinir.
“Transfermarkt” 34 yaşlı qapıçıya 350 000 avro qiymət qoyub.
Zümrüd