"Qarabağ"ın ilk Çempionlar Liqası matçı bu hakimlərə tapşırıldı
Bizi izləyin

İdman

"Qarabağ"ın ilk Çempionlar Liqası matçı bu hakimlərə tapşırıldı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Olimpiya" (Sloveniya) - "Qarabağ" oyununu idarə edəcək hakimlər briqdası açıqlanıb.

Publika.az xəbər verir ki, matça belçikalı hakimlər briqadası nəzarət edəcək.

Baş hakim Lourens Visser olacaq. Ona həmyerliləri Karel De Rekor, Yo De Veirdt kömək edəcək. Dördüncü hakim funksiyası isə Bram Van Drişeyə tapşırılıb.

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" görüşü iyulun 11-i keçiriləcək. Cavab oyunu iyulun 18-i Bakıda olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm