Ronaldo Rusiyada ən ucuz hotel otağında qalıb - İranlılar isə... - FOTO
Bizi izləyin

İdman

Ronaldo Rusiyada ən ucuz hotel otağında qalıb - İranlılar isə... - FOTO

Dünya Çempionatının 1/8 finalında Uruqvaya məğlub olaraq mundiala vida edən Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo haqqında iddia yayılıb.

Publika.az xəbər verir ki, Portuqaliya millisi qrup mərhələsindən sonra Rusiyanın Saransk şəhərində yerləşən “Merkuri” hotelində məskunlaşıb.

“Ria Novosti”nin məlumatına görə, Ronaldo hoteldə lüks otaqda qalmaqdan imtina edib və standart otaq seçib. Otağın qiyməti isə 4300 rubl, təxminən 116 manat olub.

Daha öncə qrup mərhələsində İran ilə qarşılaşan Portuqaliya komandasının məkunlaşdığı hotel iranlı azarkeşlərin hücumuna məruz qalmışdı. İranlılar hotelin önündə konsert təşkil edərək portuqaliyalıların yatmasına mane olmaq istəmişdi. Lakin hotel adminstrasiyasının verdiyi məlumata görə, belə bir şey baş verə bilməzdi. Çünki hotelin binası səs-izolyasiya sistemi ilə təchiz edilib.

Qeyd edək ki, Portuqaliya 2018 Dünya Çempionatının 1/8 finalında Uruqvaya məğlub olaraq mundialı tərk edib (1: 2).

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm