PSJ-li Mbappe REKORD QİYMƏTƏ "Real"a keçir? - Klubdan AÇIQLAMA
Bizi izləyin

İdman

PSJ-li Mbappe REKORD QİYMƏTƏ "Real"a keçir? - Klubdan AÇIQLAMA

İspaniyanın “Real Madrid” klubu PSJ-nin gənc futbolçusu Kilian Mbappe üçün 272 milyon avroluq transfer təklifi göndərməsi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, klubun rəsmi internet səhifəsindən yayılan açıqlamada “Real”ın Mbappe üçün hər hansı təklif göndərmədiyi bildirilib.

Mbappenin transferi ilə bağlı iddia fransalı jurnalist Baptiste Ripart tərəfindən yayılıb. O, daha əvvəl Antoan Qrizmannın “Atletiko” ilə müqaviləsini yeniləyəcəyini və Tomas Lemarın “Atletiko Madrid”ə transfer olacağını bildirmişdi.

Ötən yay “Monako”dan 180 milyon avro qarşılığında PSJ-yə transfer edilən Mbappe Paris nəhəngi ilə 44 rəsmi matçda 21 qol vurub, 11 məhsuldar ötürmə edib. Fransa milli komandası ilə Dünya Çempionatında çıxış edən 19 yaşlı ulduz 4 matçda 3 qol vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm