Dünya Çempionatının FİNALI türk hakimə tapşırılacaq
Bizi izləyin

İdman

Dünya Çempionatının FİNALI türk hakimə tapşırılacaq

Dünya Çempionatı 2018-in final matçının baş hakimi məsələsində qızğın müzakirələr aparılır.

Publika.az xəbər verir ki, çempionatın finalının türkiyəli referi Cüneyt Çakıra tapşırılacağı gözlənilir.

Türkiyəli hakimə 1/4 final oyunlarında matç verilməməsi də bu iddianı dərinləşdirir.

Rusiyadakı çempionatda Mərakeş-İran, Nigeriya-Argentina matçlarını uğurla idarə edən, ikinci matçda VAR sistemini istifadə edərkən böyük rəğbət toplayan C.Çakırın adı evlərinə geri qayıdan baş hakimlərin arasında olmayıb.

Özünə güvənən və soyuqqanlı tərzdə matç idarə edən referinin final matçında çıxış etməsi ölkəsi üçün böyük üstünlük deməkdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm