• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

UEFA "Neftçi"nin keçmiş prezidentinə beynəlxalq əhəmiyyətli təyinat verdi

UEFA "Neftçi"nin keçmiş prezidentinə beynəlxalq əhəmiyyətli təyinat verdi

"Neftçi" futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.

Publika.az xəbər verir ki, O.Hüseynzadə iyulun 12-də Avropa Liqası çərçivəsində Gürcüstan "Çixura"sı ilə İsrailin "Beytar" (Yerusəlim) komandası arasında keçiriləcək I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Görüş Tbilisidəki Mixeil Mesxi stadionunda keçiriləcək.

Daha bir azərbaycanlı UEFA nümayəndəsi Könül Mehdiyeva isə Latviyanın Liepaya şəhərində iş başında olacaq. O, "Dauqava" stadionunda "Liepaya" və İsveçin "Hakken" klubları arasında keçiriləcək I təsnifat mərhələsinin ilk görüşünə təyinat alıb. Görüşü italiyalı Marko Quida idarə edəcək.

Qeyd edək ki, Orxan Hüseynzadə "Neftçi"nin prezidenti vəzifəsindən fevralın 16-da istefa verib. Hazırda bu vəzifədə Kamran Quliyev çalışır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR