“Qəbələ” Sloveniya toplanışını başa vurdu
Bizi izləyin

İdman

“Qəbələ” Sloveniya toplanışını başa vurdu

2018/19 mövsümünə hazırlaşan “Qəbələ” Sloveniya toplanışını başa vurub.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlıqların 16-cı gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçirib. Komanda Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm