Rusiya millisinin Dünya Çempionatındakı UĞUR SİRRİNİN arxasından DOPİNQ çıxdı
Bizi izləyin

İdman

Rusiya millisinin Dünya Çempionatındakı UĞUR SİRRİNİN arxasından DOPİNQ çıxdı

2018 Dünya Çempionatına ev sahibliyi edən Rusiya mundialda göstərdiyi performansla rəğbət toplayır. 1/4 finala adını yazdıran ev sahibi komanda SSRİ dövründən bu yana ən gözəl günlərini, qızıl çağlarını yaşayır. Lakin bununla yanaşı, yayılan şayiələr də komandanın “yaxasını buraxmır”.

Publika.az xəbər verir ki, bu dəfə Rusiya millisi dopinqdən istifadə iddiaları ilə gündəm olub.

Dünya Çempionatında FİFA reytinqində 65-ci yerdə qərarlaşan Rusiya Səudiyyə Ərəbistanı, Misir və Uruqvayla mübarizə aparıb adını növbəti mərhələyə yazdıra bildi. Xalq Baxışı Birliyi təşkilatının Rusiyada apardığı anket sorğusunun nəticəsinə görə, Rusiyada xalqın yalnız 4%-i komandanın Dünya Çempionatında qalib ola biləcəyinə ehtimal verir. Anketə qatılanların 40%-i millinin qrupdan çıxmasına, 17%-i 1/8 finaldan ələnəcəyinə, 10%-i isə 1\4 finala gedəcəyinə inanır.

Rusiya millisinin bu uğuru bir çoxlarının rəğbətini qazansa da, dopinq iddiları komandaya olan şübhələri artırıb. Rus futbolçuların statistikları da şübhələrin doğru çıxmasına rəvac verib.

Nəhəng turnirin açılış matçında Səudiyyə Ərəbistanı millisi ilə qarşılaşan Rusiya təmsilçisi toplamda 118 km qaçıb və bu rəqəm 2018 Dünya Çempionatının ən yüksək göstəricisi olub. Qrup matçlarında ən çox qaçan 10 futbolçudan 3-ü Rusiya millisindən çıxıb. Məsələn, Aleksandr Qolovinin bu zamana qədərki göstəricisi 12,7 km-dir.

Rusiya millisi qrup mərhələsində də ən çox yol qət edən komanda olub. Hər matçda 113,9 km yol qət edən Rusiyanın ən yaxın izləyicisi 110,5 km ilə Serbiya və 110,4 km ilə Avstraliyadır.

Rusiyada dopinq iddiaları haqqında danışan ABŞ Antidopinq Agentliyinin prezidenti Travis Tuqart rusların möcüzəvi performanslarının qanuni yollarla gerçəkləşdiyinə ümid etdiyini demiş və şübhələri daha da artırmışdı.

Beynəlxalq Antidopinq Agentliyi (WADA) Dünya Çempionatına hazırlaşmaq olan komandanın 5 futbolçusunda yüksək dərəcədə testesteron və qadağan edilmiş maddə aşkar etmiş, lakin bu, ört-basdır edilmişdi.

Digər bir iddiaya görə isə Rusiyanın Dünya Çempionatından öncəki ilkin heyətində 8 futbolçuda test nəticələri müsbət çıxıb. Hətta İspaniya ilə matçda son penaltini vuran Denis Çerişevin atası bir il öncə "Sport Weekend" dərgisinə verdiyi müsahibədə oğlunun böyümə hormonundan istifadə etdiyini etiraf edib. Rusiyanın mərkəz müdafiəçisi Artem Dzubanın qollarında inyeskiya izinin aşkarlanması da şübhələrə yenisini əlavə edib.

Bütü bu faktlara rəğmən, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov dopinqlə bağlı iddiaları rədd edib.

Rusiyalı idmançıların atletizm, güləş, ağırlıqqaldırma, velospied, fiqurlu konki, üzgüçülük, buz xokkeyi, xizək, futbol, avarçəkmə, cüdo, boks, həndbol, taekvondo, basketbol, ekstrim, atıcılıq, çimərlik voleybolu, körlinq, basketbol, yelkən, masa tennisi, paraolimpik və Olimpik olmayan idman növlərində dopinqdən istifadə etməsi faktı dəfələrlə təsdiqini tapmış olaydır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm