DÇ-2018-də ilk yarımfinalçı müəyyənləşdi
Bizi izləyin

İdman

DÇ-2018-də ilk yarımfinalçı müəyyənləşdi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. "Nijni Novqorod” stadionunda baş tutan qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Fransa yığması yarımfinalda Braziliya-Belçika cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2018

1/4 final

6 iyul

18:00. Uruqvay - Fransa - 0:2

Qollar: Rafael Varan, 40. Antuan Qrizmann, 61

Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Alireza Faqani (İran).

Nijni Novqorod. "Nijni Novqorod” stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm