Dünya uzun illər bu oyundan danışacaq - VİDEO
Bizi izləyin

İdman

Dünya uzun illər bu oyundan danışacaq - VİDEO

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhəsinin oyunları çərçivəsində sonuncu qarşılaşma ev sahibi Rusiya ilə Xorvatiya arasında baş tutdu.

Publika.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində ispanları məğlub edərək boynundan yuxarı tullanan ruslar xorvatlar üzərində qələbəsi də sensasiya sayılmayacaqdı.

Soçidə keçirilən oyunun əsas hissəsi 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatdı. Rusiya İspaniya ilə oyunda penaltilər seriyasında etdiyini bu dəfə reallaşdıra bilmədi. Penaltilər seriyasında Xorvatiya daha dəqiq oynadı. 4:3 hesabı ilə qalib gələn xorvatlar sonuncu yarımfinalçı adını qazanaraq İngiltərənin rəqibi olublar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm