• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

"Sumqayıt" İsraildən futbolçu aldı

"Sumqayıt" İsraildən futbolçu aldı

2018/2019 mövsümü üçün transfer işlərini davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib.

Publika.az xəbər verir ki, son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayevlə 2 illik müqavilə imzalanıb. Babayev "Sumqayıt"da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR