Dünya Çempionatında YARIMFİNAL HƏYƏCANI - İlk finalçı məlum oldu - (YENİLƏNİB)
Bizi izləyin

İdman

Dünya Çempionatında YARIMFİNAL HƏYƏCANI - İlk finalçı məlum oldu - (YENİLƏNİB)

Oyunun 51-ci dəqiqəsində Fransa Umtitinin qolu ilə hesabı açır: 1-0. Hesab matçın sonuna kimi dəyişməyib və "xoruzlar"dünya çempionatının ilk finalçısı adını qazanırlar.

***

Rusiyada keçirilən dünya çempionatının yarımfinal matçında üz-üzə gələcək Fransa və Belçika yığmaları meydana aşağıdakı "11-lik"lə çıxıblar.

Fransa: 1. Uqo Lyoris, 2. Benjamen Pavar, 4. Rafael Varan, 5. Samüel Yumtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. NQolo Kante, 14. Blez Matüidi, 21. Lukas Ernandes

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar, 19. Mussa Dembele, 22. Naser Şadli

***

Dünya Çempionatı yarımfinal oyunlarının ilk qarşılaşmasını aşağıdakı kanallar vasitəsilə canlı izləyə bilərsiniz:

AZƏRBAYCAN

"İdman Azərbaycan"

22:00. Fransa - Belçika

“İctimai Televiziya”

22:00. Fransa - Belçika

TÜRKİYƏ

"TRT 1"

22:00. Fransa - Belçika

RUSİYA

"Rossiya 1"

22:00. Fransa - Belçika

***

Bu gün Dünya Çempionatında ilk finalçının adı məlum olacaq.

Publika.az xəbər verir ki, növbəti mərhələyə vəsiqə üçün Fransa və Belçika milliləri mübarizə aparacaq.

Fransa, onsuz da, mundialın 5 favorit komandasından biri hesab edilirdi. Lakin onun rəqibi Belçika öz performansı və güclü komandaları mundialdan kənarlaşdırmaqla DÇ-2018-in sürpriz komandalarından oldu.

Qeyd edək ki, Fransa 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı evinə göndərib. Belçika isə müvafiq olaraq Yaponiya və beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb.

DÇ-2018

Yarımfinal

10 iyul

22:00 Fransa – Belçika

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

11 iyul

22:00.Xorvatiya - İngiltərə

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm