• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Millimizin üzvü müqavilə bağladığı klubdan qaçıb - TƏFƏRRÜAT

  • İdman
  • 10 İyul 2018 16:02
  • 528 Baxış
Millimizin üzvü müqavilə bağladığı klubdan qaçıb - TƏFƏRRÜAT

"Qəbələ"dən ayrılaraq Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan millimizin üzvü Araz Abdullayev yeni komandasından ayrılıb.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçu Bakıya qayıdıb.

Buna səbəb olaraq isə şəxsi problemlərini əsas gətirib. Onun yeni komandasının düşərgəsinə qayıdıb-qayıtmayacağı sual altındadır. Çünki Araz instaqram hesabından "Panionios"lə bağlı paylaşdığı fotosunu da silib.

Qeyd edək ki, Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə Qəbələyə 80 min dollar ödəmişdi. Araz "Panionios"un heyətində cəmi 1 məşqə çıxıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR