Möhtəşəm geri dönüş: FİNALIN ADI MƏLUM OLDU - - VİDEO
Bizi izləyin

İdman

Möhtəşəm geri dönüş: FİNALIN ADI MƏLUM OLDU - - VİDEO

Matçın 109-cu dəqiqəsində Xorvatiya Mario Mancukiçin qolu ilə hesabda önə keçir. Əlavə vaxtın sonuna kimi hesab dəyişmir və Xorvatiya ikinci finalçı adını qazanır. Balkan ölkəsi dünya çempionatının finalına çıxmaqla tarixi addım atır. Xorvatiya və Fransa iyulun 15-də çempionatın baş mükafatı uğrunda mübarizə aparacaq.

***

Matçın 68-ci dəqiqəsində Xorvatiya bərabərlik qolunu vurur: 1-1. Xorvatların heyətində İvan Perisiç fərqlənir. Oyunun əsas vaxtı bu hesabla başa çatdığı üçün əlavə vaxt oynanılacaq.

***

İngiltərə matçın 5-ci dəqiqəsində Tripperin qolu ilə hesabı açdı: 1-0.

***

Dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Xorvatiya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı 11-liklə çıxacaqlar:

Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Striniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç, 11. Marselo Brozoviç, 17. Mario Mancukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stouns, 6. Harri Magire, 7. Cesse Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn, 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 18. Eşli Yanq, 20. Dele Alli

***

Bu gün Dünya Çempionatının yarımfinalında daha bir cütlük üz-üzə gələcək.

Publika.az xəbər verir ki, Xorvatiya ilə İngiltərənin mundialdakı taleyinə aydınlıq gətiriləcək.

Rusiyanın paytaxtı Moskvada yerləşən “Lujniki” stadionunda baş tutacaq qarşılaşma saat 22:00-da başlayacaq. Baş hakim isə türkiyəli referi Cünyt Çakır olacaq.

Tərəflər tarixlərində 8-ci dəfə görüşəcəklər. Hər iki komanda arasında keçirilən matçlara nəzər yetirdikdə, rəqabətdə İngiltərənin üstünlüyü nəzərə çarpır.

Xorvatiya ilə İngiltərə arasındabu zamana qədər 5-i rəsmi, 2-i hazırlıq matçı olmaqla, 7 matç oynanılıb. Bu qarşılaşmalarda İngiltərə 4, Xorvatiya isə 2 qalibiyyət əldə edib. Bir dəfə bərabərlik qeydə alınıb. İngiltərənin 18 qoluna Xorvatiya 10 qolla cavab verib.

Tərəflər ilk dəfə 1996-cı ildə Londonda görüşüb. Qarşılaşma qolsuz bərabərliklə tamamlanıb.

Ən fərqli qalibiyyət

Xorvatiya-İngiltərə arasında ən fərqli matçda ingilislər sevinib. Rəqabətin son mübarizəsi olan bu matç 5:1 hesabı ilə başa çatıb.

Xorvatiya İngiltərəni ilk dəfə 2008-ci ildə məğlub edib. Bu qalibiyyət Avropa Çempionatının qrup mərhələlərinə təsadüf edib. Eyni qrupda oynanan ikinci matçda da Xorvatiya qalib gəlib. Londonda oynanan matça Avropa Çempionatına qatılmaq üçün mütləq qalibiyyət ümidi ilə çıxan ingilislər böyük kədər yaşayıb. Matça yaxşı başlayan və ilk hissəni 2:0 hesabı ilə bitirən ingilislər ikinci hissədə 3:2 hesabı ilə uduzub.

XORVATİYA 22-Cİ MATÇINDA

Xorvatiya Dünya Çempionatında 22-ci oyununa çıxacaq.

Qatıldığı ilk mundial olan 1998 Fransa Dünya Çempionatında üçüncülük əldə edərək təəccübləndirən Xorvatiya 3-cü çempionatda qrup mərhələsini belə keçə bilməyib.

Xorvatiya bu günə qədər oynadığı 21 matçda 10 qalibiyyət, 4 bərabərlik və 7 məğlubiyyət əldə edib. Xorvatlar 31 qol vurub, 21 qol buraxıb.

İNGİLTƏRƏ 68-Cİ MATÇINDA

İngiltərə çıxdığı 67 matçda 29 qalibiyyət, 21 bərabərlik və 17 məğlubiyyət ədə edib. 90 qol vurub, 60 qol buraxıb.

15-ci Dünya Çempionatı həyəcanını yaşayan İngiltərə ev sahibi olduğu 1966 Dünya Çempionatının qalibi olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm