İdman
Ronaldonun “Yuventus”la müqaviləsinin DETALLARI - (YENİLƏNDİ)
Kriştiano Ronaldonun yeni klubu "Yuventus"da qazanacağı məbləğin miqdarı açıqlanıb.
Publika.az xəbər verir ki, portuqaliyalı ulduz illik 30 milyon avro maaş alacaq. Onun müqaviləsi 4 illik nəzərdə tutulub.
***
“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Şəhərə və kluba hədsiz dərəcədə minnətdaram”.
Bu sözləri Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.
Bu gün “Real”dan “Yuventus”a keçən ulduz oyunçunun vida məktubu sabiq klubunun saytında yerləşdirilib: “Burda aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm. Hesab edirəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm”.
Klubda və ətrafındakılara təşəkkür edən Ronaldo “Real”da keçirdiyi dövrü dəyərləndirib: “Bu, möhtəşəm 9 il idi. Hətta unikal idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada əla komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim. Bütün bunlar yalnız bu möhtəşəm və mükəmməl klubda mümkün oldu. “Real” mənim və ailəmin ürəyimi fəth edib. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” daim mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid” (APA).
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI