İdman
Qurbanov "Qarabağ"ın qələbəsindən danışdı
Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu.
Publika.az Reporta.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sloveniyada "Olimpiya"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, Lyublyana təmsilçisi bir daha yaxşı komanda olduğunu nümayiş etdirib. O, komandasının meydanda çoxlu güc sərf etdiyini də vurğulayıb.
"Düzdür, bu gün (iyulun 11-də - red) minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Cavab görüşünə tam ciddi hazırlaşmalıyıq", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" matçı saat 21:00-da başlanacaq.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi