"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi
Bizi izləyin

İdman

"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi

"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Report-un məlumatına görə, Albaniya "Kukesi"si Maltanın "Valletta" klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək, növbəti mərhələyə yüksəlib.

"Qarabağ" Sloveniya "Olimpiya"sını keçəcəyi təqdirdə Çempionlar Liqasının II təsnifat mərhələsində məhz Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm