Maradona: “Argentina məni utandırdı”
Bizi izləyin

İdman

Maradona: “Argentina məni utandırdı”

Argentina millisinin keçmiş baş məşqçisi Diyeqo Maradona komandanı mundialda zəif çıxışına görə tənqid edib. Xatırladaq ki, Argentina millisi dünya çempionatında 1/8 finalda fransızlara 3:4 hesabı ilə məğlub olaraq mundialı tərk etmişdi.

Publika.az goal.az-a istinadən xəbər verir ki, Maradona Argentina millisini məqsədsiz, ideyasız bir komanda adlandırıb. "Milli komandamızın çıxışı məni utandırdı. Sanki komandanın qarşısına heç bir məqsəd qoyulmamışdı. Messini qınamıram. O, hər zaman komanda üçün mübarizə aparan bir futbolçudur. Təəssüf ki, Messiyə kömək edəcək kimsə yoxdur", - dünya şöhrətli futbolçu bildirib. Maradona bir müddət bundan əvvəl millinin baş məşqçisi, artıq istefaya göndərilən Xorxe Sampaolini tənqid etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm